• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1515
— 30.11.2023 14:52

Dağın yamacından silah-sursat aşkarlanıb

KepezTV Player

Lerik Rayon Polis Şöbəsinə rayonun Lüləkəran kəndi ərazisində dağın yamacından silah-sursat tapılması barədə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd "AKS" markalı, 1 ədəd isə "AKM" markalı olmaqla ümumilikdə 2 ədəd avtomat və 5 ədəd patron tapılıb. Bundan əlavə, qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində aparılan əməliyyat tədbirləri nəticəsində 1 nəfər rayon sakinindən lüləsi kəsilmiş ov tüfəngi, 5 nəfər rayon sakinindən isə müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.