Samux Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilib. “Heydər Əliyev ili” çərçivəsində reallaşan aksiya Yeni Azərbaycan Partiyasının yaranmasının 31 illiyi münasibətilə təşkil olunub. İməcilik zamanı rayonun küçə və prospektlərində, park və istirahət bağlarında təmizlik yaradılıb, yaşıllıqlara qulluq göstərilib, qurumuş ağaclar və gül kolları yenisi ilə əvəz edilib. Rayon rəhbərliyi və rəsmilərinin, Samuxda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, partiya fəalları, sakinlər və gənclər ağacəkmə aksiyasına da qoşulub. Rayon üzrə 25 min ədədi tut tingi olmaqla, ümumilikdə 30 minədək ağaclar əkilib. Tut tinglərinin əkilməsində məqsəd, baramaçılığın rayonda inkişaf etdirilməsi üçün yem bazasının genişləndirilməsidir.
Fərid Mehdiyev
- Baxış: 159