• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 750
— 28.11.2017 10:34

Tamaqoçi oyuncağı mobil proqramda virtual reallıq kimi peyda olacaq

20 il bundan qabaq Tamaqoçi adlı elektron oyuncağın istehsalı ilə məşğul olan Yaponiyanın Bandai Namco şirkəti indi də onu qeyri-adi şəkildə təqdim edib.  My Tamagotchi Forever iOS və Android cihazlarında mobil proqram kimi peyda olacaq. Əlavə 2018-ci ildə buraxılacaq. Smartfon sahibləri real həyatda olduğu kimi virtual aləmdə də oyuncağa qulluq etməlidirlər. Bununla belə onlar yeni mərhələlər adlaya bilərlər. Nəticədə hər dəfə müxtəlif virtual obyektlər, məsələn yemək və geyimlər qazanacaqlar. Tamaqoçi oyuncağının yaşayış yeri Tamataun şəhəridir və istifadəçilərin öz oyun nailiyyətlərini digər ooyunçuların uğurları ilə müqayisə etmək imkanları var. Gələcəyin oyunu özündə əlavə reallıq texnologiyasını birləşdirir. Belə ki, oyun personajı Pokemon Go kimi virtuallıqdan real aləmə keçəcək.