Dövlət İmtahan Mərkəzinin Gəncə regional bölməsində nəzarətçi müəllim olmaq istəyənlər üçün imtahan keçirilib. İştirakçılara yeni qaydalara əməl edilməyin vacibliyi vurğulanıb, onlarla psixoloji söhbətlər aparılıb. İmtahan iştirakçılarına məntiqi təfəkkürü yoxlamaq üçün suallar təqdim edilib. Təqdim olunan 30 sualdan 40 faizini düzgün cavablayanlar nəzarətçi statusu alıb. Ümumilikdə imtahanlarda iştirak üçün 195 nəfər qeydiyyatdan keçib. Dövlət İmtahan Mərkəzinin Gəncə regional bölməsinin bazasında 1315 nəfərdən artıq nəzarətçi müəllim var. Bunlardan 650 nəfəri Gəncə təmsilçiləridir.
Şəhla Şəfiyeva- iştirakçı: “Mən, Göygöl şəhərindən gəlmişəm. Bu gün keçirilən imtahanda iştirak etdim. Çox rahat keçdi. Qane edəcək səviyyədə də bal topladım. Çox razıyam”.
Aytac Əhmədova- iştirakçı: “Bugünkü imtahanda 30 sualdan 28 bal topladım. İmtahan çox yaxşı idi. Suallar asan idi. Digər iştirakçılara da uğurlar arzulayıram”.
Nəsimi Məmmədov- DİM-in Gəncə regional bölməsinin müdiri: “DİM tərəfindən həmin nəzarətçi müəllimlərə keçiriləcək proses 2 prosedur qaydadan ibarətdir. Birinci, psixoloji təlimlər imtahanların idarə olunması üçün ümumi psixoloji durumun yoxlanması və onların imtahan prosesində psixoloji durumu ilə bağlıdır. İkinci isə, imtahanların idarə edilməsi ilə bağlı prosedur qaydalarla bağlı tam təlim keçirilir. Təlim keçdikdən sonra nəzarətçi müəllimlər yenidən imtahan prosesinə cəlb olunur. İmtahan prosesində də müsbət qiymət alan, keçid müsabiqə şərtini ödəyən nəzarətçi müəllim DİM nəzarətçi müəllim bazasında cəmləşir və növbəti imtahanlarda iştirakı təmin olunur”.
Elnur Rzayev
- Baxış: 158