KepezTV Player
Fransa Ermənistana hərbi texnika göndərir. Caliber.az hərbi texnikanın Gürcüstan ərazisindən keçərək hərəkətini əks etdirən görüntülər yayıb. Fransanın “Acmat” şirkətinin istehsalı olan “Bastion” markalı çoxməqsədli zirehli maşınlar Ermənistana yön alıb. Bu onu deməyə əsas verir ki, Fransanın əsas məqsədi bölgədə gedən proseslərə müdaxilə etmək, Ermənistanı sülhə doğru addımlardan çəkindirməkdir. Fransa regionda gərginliyin artmasında maraqlıdır və Ermənistanı danışıqlarda yeni tələblər irəli sürməyə təşviq edir. Azərbaycan dəfələrlə bəyan edib ki, bu cür təxribatçı addımlar sülh perspektivlərinə xələl gətirir. Baş verəcəklərə görə məsuliyyət özünü vasitəçi adlandıran Fransanın, ümumilikdə isə Avropa İttifaqının üzərinə düşür.
- Baxış: 263