• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 792
— 16.06.2017 19:08

Rusiyada Azərbaycan vətəndaşlarının olduğu avtobus aşıb: 10 yaralı

KepezTV Player

Rusiyada içərisində azərbaycanlıların olduğu nəqliyyat vasitəsi qəzaya uğrayıb. Nijnı Novqoroddan Bakıya gələn, içərisində 17 Azərbaycan vətəndaşı olan mikroavtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb. Hadisə nəticəsində 7-si uşaq olmaqla, 11 nəfər xəsarət alıb. Yaralılar Komsomolsk qəsəbəsində xəstəxanaya yerləşdirilib. Qeyd olunub ki, xəsarət alanların həyatına heç bir təhlükə yoxdur. Yaralı qadınlardan birinin hamilə olduğu bildirilib. Qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub.