• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1398
— 13.09.2023 13:43

Bakıda Maştağa sakinindən “Makarov” tapançası götürülüb

KepezTV Player

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini, 1974-cü il təvəllüdlü Eldar Babayev tutulub. Ondan narkotik vasitə olan heroin, 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib. Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.