• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1640
— 09.11.2023 19:49

Prezidentlərin görüşü olub

KepezTV Player

"Əminəm ki, tezliklə Qarabağ çox inkişaf edən diyara çevriləcək. Siz Xankəndidə Bayraq qaldırdınız və biz bunun bütün məsələlərə nöqtə qoyduğunu gördük. Güclü Azərbaycan artıq irəliyə doğru addımlayacaq". Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə Daşkənddə görüşündə deyib. "Ümidvarıq ki, Qarabağ gələcəkdə Azərbaycanda çiçəklənən torpaq olacaq, çünki Siz çox işlər görürsünüz. Azərbaycan xalqı kimi, biz də ədalətin onsuz da zəfər çalacağını, Azərbaycan xalqının öz Qələbəsini qazanacağını gözləyirdik.", - Ş.Mirziyoyev bildirib. Dövlətimizin başçısı Azərbaycanın suverenliyinin bərpası ilə əlaqədar təbrikə görə minnətdarlıq edib. Bunun tarixi hadisə olduğunu deyib. "Bu gün Azərbaycanın ərazisində Azərbaycan Bayrağının dalğalanmadığı heç bir guşə yoxdur. Sizin bu məsələyə şəxsi münasibətinizi və bütün qardaş özbək xalqının münasibətini, dəstəyini, həmrəyliyini çox yüksək qiymətləndiririk" - Prezident İlham Əliyev vurğulayıb.