Bu il yanvarın 1-dən noyabrın 1-dək terror təşkilatı PKK-ya qarşı həyata keçirilən əməliyyatlar zamanı 721 terrorçu zərərsizləşdirilib. Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın sözlərinə görə, bu müddət ərzində separatçı terror təşkilatına qarşı şəhər və kənd yerlərində olmaqla 19 756 əməliyyat keçirilib. Əməliyyatlar zamanı 84-ü öldürülüb, 525-i sağ əsir, 5-i yaralı olmaqla 721 terrorçu zərərsizləşdirilib. 107 terrorçu silahlarını yerə qoyaraq Türkiyə hakimiyyətinə təslim olub. Əməliyyat-axtarış tədbirləri çərçivəsində 6011 şübhəli saxlanılıb. Onlardan 1178 nəfər məhkəmənin qərarı ilə həbs edilib.
- Baxış: 195