• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1826
— 31.05.2017 19:05

Evi yanan ailə qızıl və pulundan da olub

KepezTV Player

Nə az, nə çox 28 min manat pul... Bu bir neçə günün deyil, illərin qazancıdır. Və göz qırpımında qığılcımın oduna düşüb. Bəli, İmişlidə İbrahimovlar ailəsinə məxsus ev bir gecədə içərisindəkilərlə yanaraq külə dönüb.

Dəhşətli yanğın hadisəsi İmişli rayonu Yalavac kəndində, İbrahimovlar ailəsinə məxsus evdə baş verib. Alov qısa müddətdə ümumi sahəsi 142 m2 olan, 5 otaqlı tikilini cənginə alıb. Ailə üzvləri başqa yerdə olduqları üçün hadisədən gec xəbər tutublar. Yanğın nəticəsində evdə nələrin yararsız hala düşdüyünə gəlincə isə...

İmişli rayon yanğından mühafizə xidmətinin əməkdaşlarının səyi nəticəsində alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Fakt araşdırılır.

 

Zülfiyyə Telmanqızı