KepezTV Player
Keçmiş məcburi köçkün olan 73 nəfər şuşalı doğma torpağında işlə təmin edilib. Dövlət Məşğulluq Agentliyindən verilən məlumata görə, həmin şəxslər orada tikinti, xidmət və digər sahələrdə çalışırlar. Şuşaya qayıdacaq 8 mindən çox ailənin 29 mindən çox üzvünün sosial-demoqrafik təhlilləri, məşğulluq imkanlarının qiymətləndirilməsi aparılıb. Eyni zamanda, Şuşada fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq edilir. Artıq 90-dək müəssisənin işçi qüvvəsinə ehtiyacları və vakansiya tələbləri öyrənilib.
- Baxış: 134