• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1463
— 26.06.2024 19:10

Silahlı Qüvvələr Günü silsilə tədbirlərlə qeyd edilib

KepezTV Player

Gəncədə Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib. Ordunun yaranmasının 106-cı ildönümü münasibətilə şəhər rəsmiləri Şəhidlər Xiyabanını ziyarət ediblər. Əbədi məşəl kompleksinin önünə qərənfillər düzülüb. Ölkəmizin ərazi bötüvlüyü və suverenliyinin toxunulmazlığı uğrunda canından keçən vətən övladlarının xatirəsi anılıb. Birinci Qarabağ və Vətən müharibələrində şəhid olanların məzarları ziyarət olunub.

Ardından Gəncə Dövlət Filarmoniyası tərəfindən təşkil olunan konsert baş tutub. Rəsmi hissədə Azərbaycanda silahlı qüvvələrin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Qarabağda çaldığı zəfərdən söz açılıb. Tədbir “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, Gəncə Dövlət Filarmoniyasının və Gəncə Qarnizonu Zabitlər evinin solistlərinin təqdimatında musiqili proqramla davam edib.

Fərid Mehdiyev