• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1449
— 26.12.2023 10:26

İistedadlı kamança ifaçısı

Qədim musiqi alətləri xalqın tarixi, mədəniyyəti, inkişafı və mənəviyyat abidəsidir. Qədim olmasına baxmayaraq, gənclər tərəfindən ifa edilib, yaşadılan alətlərdən biri də kamança alətidir.

Leyla Məmmədova- tələbə: “Gəncə Regional Kollecin Mədəniyyət və incəsənət şöbəsində kamança aləti üzrə təhsil alıram. Kamança alətinə uşaqlıqdan həvəsim var və ailəm də bildiyi üçün mənə təhsilimi davam etdirməkdə dəstək olub. 5 il təhsil aldığım müddətdə bir çox konsertlərdə, tədbirlərdə iştirak etmişəm”.

Musiqi mədəniyyətin bir qolu olub, xalqın milli folklorunu təmsil edir. Hər bir millət öz musiqisi ilə tanınır. Eyni zamanda mədəniyyəti dəyərləndirilir.

Leyla Məmmədova- tələbə: “Kamança, Azərbaycanın milli musiqi alətlərindən biridir. Kamança 4 aşıq, 4 simdən, çanaq, pərdə, xərək və kamandan ibarətdir. Pərdəsi isə balıq dərisindən hazırlanır. Kaman vasitəsilə ifa edilir. Kaman da at tükündən hazırlanır”.

Musiqi gündəlik iş həyatında, təhsildə, hər yerdə insanların ruhuna toxunmağı bacarır.

Ürfanə Əzimova

 

ƏTRAFLI...