• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2382
— 03.04.2024 17:09

Ötən ay xaricdə təhsil almış 58 nəfərin diplomu tanınmayıb

Ötən ay xaricdə təhsil almış 58 nəfərin diplomu tanınmayıb. Mart ayı üzrə 313 müraciətçinin 255-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. Digərlərinin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Səbəblər müxtəlif olub. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 38, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 11, dövlət nümunəli olmayan diplom üzrə 6, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 1 nəfərin müraciətinə müsbət qərar verilməyib. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukrayna, Rusiya və Türkiyə üstünlük təşkil edib. Ən çox müraciət olunan ixtisaslar maliyyə və iqtisadiyyat üzrə qeydə alınıb.