• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1686
— 04.11.2023 11:12

Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsi tərtib olunub

KepezTV Player

Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsi tərtib olunub. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, azad edilmiş ərazilərdə bərk tullantıların müasir tələblərə uyğun idarə olunması üçün geniş infrastruktur şəbəkəsi yaradılır.Artıq Ağdam və Cəbrayıla tikinti tullantılarının emal olunaraq təkrar istifadə edilməsi məqsədilə avadanlıq alınaraq ərazidə yerləşdirilib və bu işlərə başlanılıb. Noyabrın 1-dən 20 min tona yaxın belə tullantı emal edilib. Nazir Cəbrayıl, Zəngilan, Füzuli və Ağdamda geniş ərazilərdə yaşıllıqlar salındığını da qeyd edib.