• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2202
— 21.10.2023 19:04

Son 20 ildə 4 mindən çox tələbə dövlət hesabına xaricdə təhsil alıb

KepezTV Player

Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək məqsədi ilə Tələbə Təhsil Kredit Fondu vasitəsi ilə bugünədək 24 mindən çox tələbənin təhsil haqqı ödənilib. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, son 20 ildə 4 mindən çox tələbə dövlət hesabına xaricdə təhsil alıb. Son illərdə dünyanın nüfuzlu universitetlərinə qəbul olan şagirdlərimizin sayı artır.

Emin Əmrullayev - Elm və təhsil naziri: Cari ildə 2 nəfər məzunumuz dünyanın ən nüfuzlu ali təhsil müəssisəsi olan Massaçusets Texnologiya İnstitutuna riyaziyyat və kimya sahələri üzrə tam təqaüdlə daxil olmuşdur. Qürurverici haldır ki, bu gün dünyanın nüfuzlu universitetlərində, o cümlədən Harvard, Stenford, Kembric, Oksfordda ən yüksək elmi nailiyyət əldə etmiş 100-dən artıq azərbaycanlı gənc oxuyur. Stık - Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək vətəndaşımızın xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulmuş, ötən 2 il ərzində 717 nəfər təqaüd almaq hüququ qazanmışdır.