• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 910
— 20.10.2023 10:28

Yaddaş pozğunluğu

Bu gün böyükdən kiçiyə hər kəsin şikayət etdiyi bir məsələ var: Yaddaşsızlıq. Filmlər və televiziyalar amneziyanı yəni  yaddaş pozuqluğunu şəxsiyyətimizi unutmaq kimi  təsvir edirlər, lakin bu, belə deyil. Yaddaş pozğunluğu olan insanlar sadəcə yeni məlumatlar öyrənməkdə və yeni xatirələri formalaşdırmaqda çətinlik çəkirlər.

Saday Musayev- Kəlbəcər ağsaqqalı: “Xatirələrim yüksəkdir. Çox gözəl xatirələrim var, 1953-cü ildə  Bakı şəhərinə 1-ci festivala getmişəm. Saz-söz sənəti ilə bağlı məni festivala aparmışdılar. Mənim atam aşıq olmuşdu deyə, mənim də bu sənətə marağım olmuşdu”.

Yeni məlumatları xatırlamaq problemi yəni xatirələri göz önündə çətinliklə canlandıranlar, bununla yanaşı  keçmişdə olmayan hadisələri, yəni saxta  xatirələri xatırlayan insanlar da mövcuddur.

Ceyhun İsmayılov- Tələbə: “Daha çox yuxusuz qaldıqda, telefona çox baxdıqda bizim bu kimi problemlərlə üzləşməyimizə səbəb olur. Mən məsləhət görərdim ki, maksimum dərəcədə özünüzü yormayın. İstirahətinizə də vaxt ayırın, eyni zamanda qidalanmanıza diqqət edin”.

Bəs görəsən bütün bunlara stressli həyat tərzi, yuxu pozuntusu səbəbdirmi?

Xuraman Ağayeva

ƏTRAFLI...