• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 732
— 20.10.2023 09:06

Minik avtomobili yük maşınına çırpılıb

KepezTV Player

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb. Qəza Zabrat-Balaxanı şosesində qeydə alınıb. Əsgər Məmmədov idarəetməsində olan “AzSamand” markalı minik avtomobili ilə hərəkətdə olarkən sükana nəzarəti itirib və avtomobil əks istiqmətdə hərəkətdə olan Orxan Əliyevin idarə etdiyi “KamAz”a çırpılıb. Zərbə nəticəsində avtomobil yararsız hala düşüb. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Yolda sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Yola dağılmış yanacaq FHN-nin əməkdaşları tərəfindən təmizlənib.