Meşələr torpaq və su kimi ən qiymətli sərvətlərdən sayılır. Bu böyük təbiət xəzinəsinin insan sağlamlığına, psixoloji vəziyyətinin yaxşılaşmasına, təsiri elmin sübutlarından biridir. Lakin flora və faunanı özündə birləşdirən insan həyatının xilaskarı olan meşələr, bəzən məhv edilmə təhlükəsi ilə üz –üzə qalır. Bəzən bol oksigen, bir-birindən seçilən ağacları və canlı aləmi ilə bizi daim heyrətləndirən səma-altı muzeyə gələnlər ondan zövq almaq yerinə həmin ağaclardan müəyyən məqsədləri üçün istifadə etməyi daha üstün tutur. Nəticədə dünyada düzənliklərin sayı artır, oksigen qıtlığı yaşanır və qlobal istiləşmə yer üzünü quraqlığa çevirir.
Fuad Quliyev– Göygöl Milli Parkının direktoru: “Azərbaycanda meşəlik ərazilər bir neçə kateqoriyaya bölünür, meşələrin inkişafı xidmətinin tabeliyində olan meşəlik ərazilər və xüsusi mühafizə olunan təbiət ərazilərinin tabeçiliyində olan meşəlik ərazilər var. Hal-hazırda bizim xidmət apardığımız bölgə biloloji müxtəlifliyin qorunması xidmətinə məxsus olan Göygöl Milli Parkıdır”.
Meşəlik ərazilərə tez-tez gəzintiyə getmək psixoloji sağlamlığa müsbət təsir göstərir. Beyin təmiz oksigenlə qidalandığı üçün insan daha iti zəkalı olmaqla bərabər güclü yaddaşa malik olur.
Fuad Quliyev– Göygöl Milli Parkının direktoru: “Müşahidələrimiz göstərir ki, hər hansı bir növün təhlükəsi gündəmdə deyil. Adətən kənd yerində yaşayan insanlar, ümumiyyətlə təbiətdən bəhrələnmək məqsədilə ərazidə olan bütün növ ağaclardan odun kimi istifadə etməyə cəhd göstərirlər”.
Tibb elmində beynimizin oksigensiz qalmaqla quruma halının daha yüksək olduğu bildirilir. Bu isə insanın necə təbiətə bağlı bir varlıq olduğunu göstərir. Unutmayaq məhv etdiyimiz meşələr deyil, gələcəyimizdir.
Mehriban Qurbanzadə
- Baxış: 280