• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 773
— 08.10.2023 20:01

Beynəlxalq konfransın ikinci günü

KepezTV Player

Beynəlxalq konfransın ikinci günü

“Naftalan–Sağlamlıq və Turizmin Sinerji mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin inkişaf strategiyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans bu gün işini müzakirələrələ davam etdirib. İştirakçılar Ulu önfər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, ruhuna ehtiram nümayiş etdiriblər. Eləcə də Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat yolu və siyasi fəaliyyəti ilə tanışlıq olub. Qeyd edək ki, dünənki gün qonaqlar üçün şəhər və regionla tanışlıq xarakteri daşıyırdısa, tədbirin son günüdə mütəxəssislər sağlımlıq turizmi ilə bağlı öz müasir çağırışlarını ediblər, panel iclasları baş tutub.

Sağlamlıq turizminin inkişaf prespektivləri müzakirə edilib 
 Bu gün Naftalan həm müalicəvi neftinə, həm də müasir turizm infrastrukturuna görə turistlərin xüsusi diqqətinə layiq olan nadir kurort şəhərlərindən birinə çevrilib. Neft vannaları sayəsində xəstələrin müalicəsində əldə olunan nəticələr, istirahət üçün şəhərdə yaradılan müasir infrastruktur Naftalanı turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevirib. Naftalanın ev sahibliyi etdiyi beynəlxalq konfrans tibbi turizm sahəsində qabaqcıl təcrübələrin və bu sahədə aparılan elmi tədqiqatların nəticələrinin öyrənilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması, mədəni mübadiləni aktivləşdirmək üçün turizmin inkişafını təşviq etmək və tibbi turizm sektorunun inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından prespektivlər vəd edir.

 Konfransda 8 xarici ölkədən turizm, səhiyyə, kurort və hotelçilik sahələrinin mütəxəssisləri və dövlət-hakimiyyət orqanlarının nümayəndələri “Naftalanın sağlamlıq turizmi destinasiyasının qlobal marketinq perspektivləri”, “şəhərdə dayanıqlı turizm idarəçiliyi: risklərin qorunması, təhlükəsizlik, elmi araşdırmalar və keyfiyyət standartlarının tətbiqi”, “Naftalanın alternativ turizm imkanları: Arxeologiya, aqro və eko turizm perspektivləri” kimi imkanları barədə də məlumat əldə etmək imkanına malik olublar.

Naftalanda yaradılan müasir infrastruktur nəinki isti yay aylarında, hətta soyuq qış fəslində də şəhərə gələn turistlərin sayının sürətlə artmasına səbəb olub. Təkcə ötən il Naftalana müalicə məqsədilə 65-ə yaxın ölkədən 35 mindən çox turist gəlib. Bu, Azərbaycanın yalnız bir müalicə təsisatına gələn turist sayıdır. Bununda əsas səbəbi təbiətdə analoqu olmayan neftdən 70-dən çox xəstəliyin müalicəsində istifadə edilməsidir.

Naftalanda təşkil olunan beynəlxalq tədbirdə müzakirə olunan məsələlər bu bənzərsiz sağlamlıq turizm məkanının daha geniş coğrafiyada tanınmasına, bura turist axınının daha da sürətlənməsinə təkan verəcək.

 İştirakçılara sertifikatlar təqdim olunub
Konfransdan sonra baş tutan panel iclaslarında ölkəmizdə həyata keçirilən iqtisadi islahatların, xüsusilə də sahibkarlığın, biznesin inkişafının hər zaman dövlətin diqqət mərkəzində olması, bu sahədə ciddi uğurlar əldə edildiyi, paytaxtda və bölgələrdə yeni sosial-iqtisadi layihələr həyata keçirildiyi vurğulayıb. Beynəlxalq Elmi-Praktik Konfransın işgüzarlığı və səmərəliliyi ilə qarşılıqlı əlaqələrin qurulmasına, tibbi turizmin beynəlxalq səviyyədə inkişafına öz töhfəsini verəcəyi diqqətə çatdırılıb. Müxtəlif mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb. Konfransın işində iştirak edən qonaqlara şəhər icra hakimiyyətinin sertifikarları təqdim olunub.