Bu gecə qitənin ikinci dərəcəli klub turnirində 1/16 final mərhələsinin ilk qarşılaşmaları keçirilib. Günün ilk görüşü Rusiyada baş tutub. Azərbaycanlı azarkeşlərin də diqqət mərkəzində olan oyunda Krasnodar Fənərbaxçanı qəbul edib. Meydan sahibləri görüşə erkən qolla başlayıb. 4-cü dəqiqədə Viktor Klaesson yerli azarkeşləri ayağa qaldırıb. İsveçli futbolçu qapı önünə göndərilən asmanı başıyla çərçivədən keçirərək tablonu işə salıb. Bu qol həm də görüşün taleyini həll edib. Minimal hesabla qalib gələn ruslar cavab oyununa üstün nəticəylə yollanıb.
Gecənin həyəcanla gözənilən qarşılaşmalarından birində Mançester Yunayted Old Trafforda Sent-Etyeni sınağa çəkib. Oyun Poqba qardaşlarının dueli baxımından maraq kəsb edib. Görüşdə praqnozları yanıltmayan qırmızı şeylar gözlənildiyi kimi qələbə qazanan tərəf olub. Matçda 3 qol vurulub ki, hər 3 qola da eyni futbolçu imza atıb. Görüşü yüksək səviyyədə keçirən Zlatan İbrahimoviçin 15, 75 və 88-ci dəqiqələrdə vuruduğu qolların sayəsində mançesterlilər rəqibə qalib gəliblər.
Başqa bir maraqlı oyunda Roma Priney yarımadasında Vilyarealla görüşüb. A seriasında medallar uğrunda mübarizə aparan canavarlar özlərini səfərdə qonaq kimi aparmayıblar və ispanları biabırçı hesabla məğlub ediblər. Darmadağının əsasını 32-ci dəqiqədə baxımlı zərbəylə uzaq doqquzluğu dəqiqə nişan alan Emerson qoyub. Bu ilk yarıda qapılara vurulan tək qol olub. İkinci hissədə romalılar rəqib qapısından daha 3 top keçirib. 65, 79 və 86-cı dəqiqələrdə adınadan söz etdirən Edin Ceko het-tirk edib. Bununla da hücumçu komandasının 4:0 hesablı qələbəsinin əsas memarı olub. Bu nəticəylə Roma cütün taleyini böyük ölçüdə həll edib. Çox güman ki tərəflər arasında İtaliyada keçirilək oyun formal xarakter daşıyacaq.
A seriyasının digər təmsilçisi, Avroliqanın qrup mərhələsində “Qarabağ”la mübarizə aparmış “Fiorentina” Münhenqladbaxda “Borussiya” ilə qarşılaşıb. Florensiyalılar ev sahiblərini minimal hesabla məğlubiyyətə uğradıblar. Federiko Bernardeskinin məhsuldar zərbəsi italyanlara qələbə qazandırıb.
Avroliqada bu mövsüm debüt etsə də, qrupda uğurla çıxış edərək mərhələ adlayan digər bir türk klubu Osmanlıspor da səfərə yollanıb. Ankaralılar Yunanıstanda “Olimpiakos”un qonağı olub. Türklər uğurlu seriyanı bu oyunda da davam etdirərək rəqibi ilə qolsuz heç-heçəyə razılaşıb. Görüşdə ən yaddaqalan hadisə isə 74-cü dəqiqədə yunanların heyətində Bruno Viananın qırmızı vərəqə alaraq meydanı erkən tərk etməsi olub.
Çempionlar liqasının qrup mərhələsində 3-cü yeri tutmaqla Avroliqaya vəsiqə qazanan İstanbul nəhəngi Beşiktaş Fənərbaxça və Osmanlıspordan fərqli azarkeşlərini qələbə ilə sevindirib. İsraildə Hapoel Şevayla qarşılaşan qara qartal 3:1 hesabı ilə qalib gəlib. Hesabı 42-ci dəqiqədə meydan sahiblərindən avtoqola imza atan Viliam açıb. Fasiləyədək İsrail klubu status-kvonu bərpa edib. Elyaniv Barda tablodakı rəqəmləri eyniləşdirib. 60-cı dəqiqədə Beşiktaş yenidən önə keçib. Bu dəfə Cenk Tosun vurduğu qolla diqqətləri üzərinə cəlb edib. Əsas vaxta artırılan sonucu əlavə dəqiqədə Atibayla rəqibi 3-cü dəfə üzən qonaqlar evə qələbəylə dönüblər.
16 fevral
Avropa Liqası
1/16 final mərhələsinin ilk oyunları
"Anderlext” (Belçika) – “Zenit” (Rusiya) 2:0
Qollar: Açhemaonq, 5; 31
“Atletik” (İspaniya) – APOEL (Kipr) 3:2
Qollar: Efrem, 36 (0:1), Merkis, 38-avtoqol, (1:1), Aduriz, 61 (2:1), Viliams, 72 (3:1), Gianniotas, 89 (3:2)
“Hapoel” (Beer-Şeva, İsrail) – “Beşiktaş” (Türkiyə) 1:3
Qollar: Villiam, 42 (avtoqol) (0:1), Barda, 44 (1:1), Tosun, 60 (1:2), Hatinson, 90+3 (1:3)
“Legiya” (Polşa) – “Ayaks” (Hollandiya) 0:0
“Mançester Yunayted” (İngiltərə) – “Sent-Etyenn” (Fransa) 3:0
Qollar: İbrahimoviç, 15; 75; 88-pen
PAOK (Yunanıstan) – “Şalke” (Almaniya) 0:3
Qollar: Burqstaler, 27, Meyer, 82, Huntelar, 90
“Vilyarreal” (İspaniya) – “Roma” (İtaliya) 0:4
Qollar: Emerson, 32, Dzeko 65; 79; 86
"Krasnodar” (Rusiya) – “Fənərbaxça” (Türkiyə) - 1:0
Qol: Klaesson, 4
"Astra” (Rumıniya) – “Genk” (Belçika) - 2:2
Qollar: Kumordzi, 25 (0:1), Budesku, 43 (1:1), Trossard, 83 (1:2), Seto, 90 (2:2)
“Alkmaar” (Hollandiya) – “Lion” (Fransa) - 1:4
Qollar: Tousart, 26 (0:1), Lakazatte, 45+2 (0:2), 57 (0:3), Yahanbakş, 68-pen (1:3), Ferri, 90+4 (1:4)
"Borussiya” (Mönhenqladbax, Almaniya) – “Fiorentina” (İtaliya) - 0:1
Qol: Bernardeski, 44
“Selta” (İspaniya) – “Şaxtyor” (Ukrayna) - 0:1
Qol: Lesçuk, 26
“Rostov” (Rusiya) – “Sparta” (Çexiya) - 4:0
Qollar: Mevlja, 15, Poloz, 38, Noboa, 40, Azmoun, 68
"Gent” (Belçika) – “Tottenhem” (İngiltərə) - 1:0
Qol: Perbet, 59
“Ludoqorets” (Bolqarıstan) – “Kopenhagen” (Danimarka) - 1:2
Qollar: Aniset Abel, 2 (0:1), Toutouh, 53 (0:2), Keşerü, 81 (1:2)
“Olimpiakos” (Yunanıstan) – “Osmanlıspor” (Türkiyə) 0:0
Azad Rəfi
- Baxış: 323