• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 770
— 08.10.2023 19:47

Azərbaycan XİN: "İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı pisləyirik"

KepezTV Player

“Biz İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı pisləyirik”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin paylaşımında bildirilib. “Həm İsraildə, həm də Qəzza zolağında çoxsaylı mülki şəxslər arasında faciəvi şəkildə həlak olanlara görə başsağlığı veririk. Biz vəziyyətin təcili olaraq deeskalasiyasına çağırırıq”, - deyə paylaşımda qeyd edilib.

 İsraildə HƏMAS-ın hücumları nəticəsində ölənlərin sayı 600-ə yüksəlib. Yerki KİV-lərin məluamtına görə, indiyədək 2156 nəfər yaralanıb. İsraildə “müharibə vəziyyəti” elan olunub. Oktyabrın 9-da və 10-da ölkə üzrə təhsil müəssisələrində dərslər ləğv edib.

Bu arada "Azərbaycan Hava Yolları" oktyabrın 10-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edəcək. Uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək.