• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1386
— 03.10.2023 20:53

Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlanılıb

KepezTV Player

Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlanılıb. Trendin məlumatına görə, separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan və Bako Saakyan, “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan da törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətiriliblər. Həmin şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.