• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2022
— 29.09.2023 13:18

Qənirə Paşayeva İkinci Fəxri xiyabanda dəfn edilib

KepezTV Player

24 sentyabrda səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən, dünən vəfat edən  Millət vəkili Qənirə Paşayeva ilə bu gün vida mərasimi keçirilib. Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib. Millət vəkili Qənirə Paşayeva İkinci Fəxri Xiyabanda dəfn olunub. Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültələrini bitirib. Milli Məclisin 3, 4, 5 və 6-cı çağırış üzrə deputatı və Mədəniyyət Komitəsinin sədri olub. Allah rəhmət etsin.