KepezTV Player
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Gəncədə ustad dərsləri keçirilib. Milli komandanın keçmiş üzvləri, Olimpiya mükafatçısı Rüstəm Orucov, dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərovun iştirakı ilə Nizami yurdunda yerləşən cüdo təlim mərkəzində baş tutan dərslərdə 60-dan çox qız və oğlan yeniyetmə cüdoçuya müxtəlif fəndlər nümayiş etdirilib. Təlimə Gəncə cüdoçuları ilə yanaşı, Naftalan, Goranboy və Göygöl idmançıları da qatılıb. Ustad dərsləri həmçinin seleksiya xarakteri daşıyıb. Gəncədən sonra master klasslar Lənkəran və digər regionlarda da təşkil ediləcək. Bu cür təlimlərin məqsədi gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, eyni zamanda cüdo idman növünü təbliğ etməkdir.
- Baxış: 374