• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1178
— 13.09.2023 11:49

Yevlaxda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

KepezTV Player

Yevlaxın Qaraoğlan kəndində “Reno” və “Chevrolet” markalı avtomobillər toqquşub. Qəza nəticəsində Yevlax sakini, 1963-cü il təvəllüdlü Quliyev Namiq Qabil oğlu hadisə yerində ölüb. Mingəçevir sakinləri, 1961-ci il təvəllüdlü Paşayev Gəray Xasay oğlu, 1997-ci il təvəllüdlü Dadaşova Çimnaz Dadaş qızı və Yevlax sakini, 1995-ci il təvəllüdlü Vaqifli Fərid Azər oğlu müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.