• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1187
— 12.09.2023 16:21

Ötən sutka 30 yanğına çıxış olub, 13 nəfər xilas edilib

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən 3-ü azyaşlı olmaqla 13 nəfər xilas edilib, yanğın zamanı 50 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.