• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1178
— 12.09.2023 16:48

Gəncə sakini 5 kiloqram marixuana ilə tutulub

KepezTV Player

Zaqatalada narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyat keçirilib. Zaqatala Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində külli miqdarda narkotik vasitə daşıyan Gəncə şəhər sakini Vidadi Məmmədov şübhəli şəxs qismində saxlanılıb.  Şəxsi axtarış zamanı ondan 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni Gəncə şəhərindən Zaqatalaya satmaq məqsədilə gətirdiyini bildirib.