KepezTV Player
Bu səhər saat 5 radələrində Salyanın Qarabağlı kəndində küçədən yeni doğulmuş qız uşağı tapılıb. Körpə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. TƏBİB-dən bildirilib ki, yerləşdirilərkən körpənin temperaturu 35 dərəcə, vəziyyəti orta-ağır olub və fizioloji sarılıq qeydə alınıb. Zəruri tibbi xidmətlər göstərilib, körpənin hazırda vəziyyəti kafidir. Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb.
- Baxış: 207