Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağstafa və Gəncədə qanunsuz tikintilərin qarşısı alınıb.
Nazirlikdən bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir. Belə ki, Ağstafanın Səməd Vurğun küçəsində, Gəncənin Cümhuriyyət küçəsi və N.Nərimanov prospektində qeyri-yaşayış obyektlərinin müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikintisi faktları aşkar edilib. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər nəzarətə götürülüb.
Azad Mustafayev
- Baxış: 699