Bu günə xəbərlərin oxunma sayı: 666
— 14.09.2026 17:58

Emin Əmrullayev: Kəndlərdə az şagirdli məktəblərin bağlanmasına baxılır

Elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında deyib ki, kəndlərdə şagird sayı az olan bəzi məktəblərdə bir şagirdə düşən xərclər yüksək, təhsilin keyfiyyəti isə aşağı olur. Buna görə həmin məktəblərin bağlanması məsələsinə baxılır. Azad edilmiş ərazilərdə yeni tədris ilində daha 15 təhsil müəssisəsi fəaliyyətə başlayır.Nazir qeyd edib ki, yaxın həftə və aylarda müəllimlərin ikinci sertifikasiya prosesi keçiriləcək. Yeni qiymətləndirmədə, xüsusilə ibtidai sinif müəllimlərinin oxu və oxuyub-anlama bacarıqlarına diqqət artırılacaq.Sertifikatlaşdırma nəticəsində 90 minə yaxın təhsil işçisinin əməkhaqqına əlavə ödəniş ediləcək. 2026-cı ildə keçirilən sertifikatlaşdırmada ilk dəfə 20 minə yaxın müəllim iştirak edib. Əmrullayevin sözlərinə görə, 2030-cu ilədək Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsi tikiləcək, 2 müəssisə isə əsaslı təmir olunacaq. 2026–2027-ci tədris ilindən 4 yeni ixtisas da tətbiq ediləcək. Nazir həmçinin bildirib ki, müəllimlərin geyimi ilə bağlı yeni qaydalar hazırlanır, yaxın günlərdə açıqlanacaq.