Bu günə xəbərlərin oxunma sayı: 666
— 14.09.2026 17:57

Qərbi Zəngəzurda içməli suda civə aşkar edilib

Qərbi Zəngəzurda - Ermənistanın Sünik vilayətinin Tsav kəndində içməli suyun tərkibində normadan artıq civə aşkarlanıb. Ermənistanın Səhiyyə Nazirliyinin məlumatına görə, aparılan təkrar analizlər də nəticəni təsdiqləyib. Bununla bağlı aidiyyəti qurumlara xəbərdarlıq edilib. Suyun çirklənmə mənbəyi və səbəbinin müəyyənləşdirilməsi üçün araşdırmalar davam etdirilir.