• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1394
— 08.07.2021 18:53

Dini qurumlara maliyyə yardımı göstəriləcək

KepezTV Player

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna və Bakı şəhəri Dağ yəhudiləri dini icmasının hər birinə 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına, Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna və Alban-Udi xristian dini icmasının hər birinə 150 min manat, Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrılıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Leyla Abdullayeva, Elcan Həbibzadə, Yalçın Rəfiyevə İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. Digər sərəncamla biur qrup əməkdaş “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.