“Kəpəz”in əvəzedici komandası yeni mövsümə hazırlığın əsas hissəsini başa vuraraq oyun həftəsinin məşqlərinə başlayıb. Komanda Gəncə şəhər stadionunun yardımçı meydançasında məşq keçir.
İyulun əvvəlindən çempionatla bağlı təlim-məşq toplanışına start verən əvəzedicilər öncə Gəncədə fiziki hazırlıq keçib, daha sonra Bakıda taktiki-texniki çalışmalar üzərində işləyiblər. Komanda ölkə paytaxtında olduğu müddətdə yoxlama oyunlarında qüvvəsini sınayıb. Toplanışın son dövrü isə Gəncədə reallaşıb.
Ötən mövsümlə müqayisədə “Kəpəz”in əvəzedici heyəti yenilənib. Komandanın sıralarını çoxlu sayda futbolçu tərk edib və onların yerini hələlik doldurmaq mümkün olmayıb. Bunun nəticəsidir ki, heyətdə 15 oyunçu var. Onu da deyək ki, yay hazırlığı dövründə əvəzedicilərin 3 futbolçusu əsas komandanın yolunu tutub. Məşqçilər korpusunun əsas məqsədi gənclərin yenidən Şahin Diniyevin diqqətini cəlb etməsidir.
Əvəzedicilər çempionatın ilk turunda səfərdə “Sumqayıt” ilə qarşılaşacaqlar. Bu oyun avqustun 14-də keçiriləcək.
Azad Rəfi
- Baxış: 353