• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 08.08.2017 18:29

20-yə yaxın avtomobil saxlanıldı

KepezTV Player

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən "Təmiz hava aylığı" çərçivəsində Lənkəranda nəqliyyatın sıx olduğu küçələrdə reyd keçirilib. Reyd zamanı 20-ə yaxın avtomobil saxlanılıb.

Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi və 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı havaya buraxılan dəm qazı normadan artıq olan nəqliyyat vasitələri saxlanılaraq sürücülər barəsində müvafiq qaydada tədbir görülüb.

Reydin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsidir.

Reyd zamanı, həmçinin avtomobillərin konstruksiyasında dəyişiklər edən, pərdə və plyonkalar quraşdıran sürücülər də aşkarlanaraq, onlar barəsində müvafiq inzibati cəza tədbirləri görülüb. "Təmiz hava aylığı” çərçivəsində keçirilən reydlər avqust ayının sonuna qədər davam edəcək.

 

Vüsalə Camal