• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 983
— 27.03.2017 13:36

Altı tələbənin ölümünə səbəb olan sürücü barəsində həbs qətimkan tədbiri seçilib

Bakı-Sumqayıt yolunda 6 nəfərin ölümü ilə nəticələnən qəzaya səbəb olan mikroavtobusun sürücüsü həbs edilib. Abşeron Rayon Məhkəməsinin qərarı ilə "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 41 yaşlı Namiq Hüseynov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hadisə zamanı yol kənarında dayanmış "ZİL" markalı yük maşınının sürücüsü Elvin Şəmistanlı istintaqa cəlb olunub. Qeyd edək ki, "Ford" markalı mikroavtobus hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL" markalı yük maşınına çırpılıb. Nəticədə Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə ölüb, 20 tələbə yaralanıb.

Zülfiyyə Telmanqızı