Çempionatın əlçatmaz lideri “Çelsi” doğma meydanda “Suonsi”ni qəbul edib. Gözlənildiyi kimi oyun zədaganların qələbəsi ilə nəticələnib. Oyunda baş verənlərə gəlincə, Fransesk Fabreqasın dəqiq zərbəsi ilə hesabda önə keçən paytaxt komandası üstünlüyünü fasiləyə kimi qoruya bilməyib. Qonaqlar Fernando Lyorentenin qolu ilə bərabərliyi yaxalayıblar. Qısa istirahətdən sonra özünü toparlamağı bacaran Antonio Kontenin yetirmələri iki ispan oyunçunun sayəsində qalib gəliblər. Öncə Pedro Rodrigeslə hesabı öz xeyrinə dəyişən “Çelsi”, daha sonra Dieqo Kostanın məhsuldar alınan zərbəsi ilə yekun nəticəni müəyyənləşdirib. Kosta Eden Azarın ötürməsi ilə fərqlənib.
Turun digər oyununda “Tottenhem” “Stok Siti”ni sınağa çəkib. “Çelsi”nin arxasınca irəliləyən hostpurlular rəqibini darmadağı edib. Ev sahibləri 4 cavabsız qolla qalib gəliblər. Görüşü yüksək səviyyədə keçirən Harri Keyn het-trik edib. “Tottenhem”in hücum xəttinin lideri hər 3 qolunu fasiləyə kimi vurub. O, 14, 32 və 37-ci dəqiqələrdə fərqlənib. Oyunun yekun hesabını isə fasiləyə az qalmış Delli Alli təyin edib. 4-0. Turnir cədvəlində 2-ci olan Totenhem “Çelsi”dən 10 xal geri qalır.
İngiltərə Premyer Liqası
XXVI tur
“Çelsi” – “Suonsi” - 3:1
Qollar: Fabreqas, 19, Pedro, 72, Kosta, 84 - Llorente, 45+2
“Kristal Pelas” – “Midlsbro” - 1:0
Qol: van Aanhlot, 34
“Everton” – “Sanderlend” - 2:0
Qollar: Queye, 40, Lukaku, 80
“Hall Siti” – “Bernli” - 1:1
Qollar: Hadlston, 72 - Kin, 76
“Vest Bromviç” – “Bornmut” - 2:1
Qollar: Dauson, 10, Makoli, 22 - Kinq, 5
“Uotford” – “Vest Hem” - 1:1
Qollar: Deni, 3 (pen.) - Ayu, 73
“Tottenhem” – “Stok Siti” - 4:0
Qollar: Keyn, 14, 32, 37, Alli, 51
“Lester” – “Liverpul”
Azad Rəfi
- Baxış: 292