Konfransın keçirilməsində əsas məqsəd mediasiya təşkilatları və mediatorlar tərəfindən tərəflərin iştirakı ilə imzalanan barışıq sazişlərinin keyfiyyətli məzmununu müzakirə, bu sazişlərin qanunvericiliyin tələbləri çərçivəsində hazırlanması və imzalanmasını təşviq etmək olub. Tədbirdə çıxış edənlər son zamanlar ölkəmizdə aparılan mütərəqqi məhkəmə hüquq islahatlarına diqqət çəkərək qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün hər kəsin vəzifəsini layiqincə icra etdiyini qeyd ediblər.
Nadir Adilov - Mediasiya Şurası İdarə Heyətinin sədri : Siz bilirsiz ki, məhkəmədən öncə tərəflər ailə və əmək mübahisələrində mediasiyaya müraciət etməlidir. Və biz bu məsələlərdə məhkəmələrlə çox sıx işləyirik. Təxmini 3 il olar fəaliyyət göstəririk. Bu fəaliyyətimiz dövründə müəyyən artıq praktika yaranıb. Bügünkü konfrasda da barışıq sazişlərinin məhkəmələrin tələblərinə uyğun olaraq hazırlanması, eyni zamnada məzmunda olabilən boşluqların aradan qaldrılması və gələcəkdə məhkəmələrlə bərabər sıx və səmərəli əməkdaşlıq etməkdir.
Mediasiya tərəflər arasında olan nikaha xitam verilməsi məsələsinə müdaxilə etmir. Amma mediatorlar, mediasiya təşkilatları tərəfindən, əldə edilən barışıq sazişləri məhkəmə-hüquq islahatları üçün çox böyük önəm daşıyır.
Nadir Adilov - Mediasiya Şurası İdarə Heyətinin sədri : Medaitrların və mediasiya təşkilatının rolu tərəflər arasında olan mübahisələrin aradan qaldırlmasıdır. Deyək ki, tərəflər arasında birgə mülkiyyət ola bilər uşaqla ünisiyyət və ya uşazğı xaricə çıxarılması, əmlakın bölünməsi və.s. aralarında olan məslələri tərəflər mediasiyada həll edə bilərlər. və məlumat üçün deyək ki, bizim mediasiyada həll olan barışıq sazişlərinin faizi artıb. Burada boşanmalarda əsas məsələ nikaha xitam verilsə də ailə inistutunun ənənəvi qorunmasıdır.
Konfrasda qeyd olunub ki, 2024-cü ilin yanvar ayından etibarən mediasiya təşkilatlarına ümumilikdə 23 278 müraciət daxil olub. Onlardan 2654-ü ilkin mediasiya seanslarında iştirak etdikdən sonra məhkəməyə müracioət etmək fikrindən imtina edib. Bir tərəfin iştirak etmədiyi işlərin sayı isə 10848 təşkil edir. Bu müraciətlərdən 3659-u üzrə barışıq sazişi bağlanıb ki, bu da ümumi göstəricinin 43,8 faizi deməkdir.
- Baxış: 502