• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 837
— 13.08.2024 19:00

Rota virus uşaqlar arasında yayılmağa davam edir

KepezTV Player

Ümumdünya Səhiyyə  Təşkilatının məlumatına görə, rota virus əsasən azyaşlılar arasında ən çox yayılan və dünyada uşaqlar arasında mədə-bağırsaq sisteminin pozulmasına  əsas yaradan səbəblərdən birincisidir. Virus, əsasən su və qida vasitəsilə yayılır və çox asanlıqla yoluxdurur. Bu səbəbdən də azyaşlıların  virusa yoluxma riski daha yüksəkdir. Yay aylarında uşaqların əhalinin daha sıx olduğu parklarda istirahət etməsi, əylənməsi virusun birindən digərinə ötürülməsinə, sürətlə yayılmasına yol açır. Valideynlərin bir çoxu virusdan xəbərsiz olduqları üçün bu məsələni ciddiyə almırlar və nəticədə ciddi problemlərlə qarşılaşa bilirlər.

Samirə Kazımova - valideyn : Qidalardan olar yəqin ki Mən ancaq qidalardan düşünürəm bir də ki havanın istiliyi ilə.Qarınağrısıdır, qusmadır,ürəkbulanmadır, bunlar olur.Təbii şeylərlə müalicə edirəm uşağı Yəni iynə-dərmana elə də üstünlük vermirəm.

İlqar Əsgərov - valideyn : Bu uşaqlarda rotavirus artıb.  Mənim uşağımda da hal hazırda elədi. Bu virus da elə şeydi ki uşağın mədəsi ağrıyır,bağırsaqları pozulur.Təbii ki qidalarına fikir vermək lazımdır., təmiz havada  bax belə trenakora gətirmək lazımdır.

İlkin Məmmədzadə  - valideyn : Elə çox məlumatım yoxdur,qısaca olaraq deyə bilərəmki uşaq halsız olur,qarnı ağrıyır.İlk öncə həkimə getsinlər, həkim məsləhəti alsınlar, sonra onun dediklərinə uyğun olaraq düzgün müalicəyə fikir versinlər.

Rota virus uşaqlarda ciddi mədə-bağırsaq pozuntularına səbəb ola bilsə də, vaxtında müdaxilə və düzgün müalicə ilə bu vəziyyətdən çıxmaq mümkündür. Valideynlər uşaqlarının sağlamlığını qorumaq üçün əllərini müntəzəm yumaq, qida təhlükəsizliyinə diqqət yetirmək və düzgün müalicə  ilə bağlı tövsiyələrə riayət etmək məsuliyyətini daşıyırlar.

Nurlana Zeynalova - həkim-pediatr : “Rotavirus infeksiyasının ilk əlamətləri olaraq qusma, hərarətin yüksəlməsi və diareya kimi halları qeyd edə bilərik. Adətən ilk dönəmdə xəstəliyin əlamətləri yüngül gedişatlı olur. Lakin lazımi müdaxilə olmadıqda xəstəlik susuzlama ilə ağırlaşa bilər. Bu da körpə uşaqlarımız üçün daha böyük risk təşkil edir”. Əgər ishalı olan bir körpə uşaqda ağlayarkən göz yaşının olmaması, selikli qişaların quruluğu əlamətlərini, gün ərzində sidik ifrazatının azalmasını görürsünüzsə, bununla yanaşı müştərək ishal durumu varsa, mütləq şəkildə həkimə müraciət etmələri çox önəmlidir”.

Valideynlər bilməlidirlər ki uşağın vəziyyətini yaxından izləmək və hər hansı şübhəli simptomlar ortaya çıxarsa, dərhal tibbi məsləhət almaq çox vacibdir. Bu tədbirlərlə rota virusnun təsirlərini azaltmaq və uşaqların sağlamlığını qorumaq mümkündür.