• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 05.08.2024 19:38

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

KepezTV Player

2022-ci ilin martın 3-də Laçında sərhəd istiqamətində itkin düşən hərbçilərin meyitləri aşkarlanıb. Firdovsi Abdullayev və Fərid Məmmədovun meyitlərinin qalıqları Kəlbəcər rayonunun İstisu qəsəbəsində Yüz-bulaq yaylağında tapılıb. Firdovsi Abdullayev avqustun 8-i Gəncə şəhər Şəhidlər xiyabanında, digər hərbçi Fərid Məmmədov Ağdam rayonu Orta Qərvənd kəndində dəfn ediləcək. İki il öncə Laçın rayonu ərazisində yerləşən döyüş mövqelərinin birindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri havanın qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşüblər.