2024-cü il dövlət büdcəsinin gəlir və xərcləri, əmək pensiyalarının ödənilməsi xərcləri artırılıb. İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış vəsaiti azalıb. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 30 milyon manat artırılıb. Prezident İlham Əliyev dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələrinə dəyişiklikləri təsdiqləyib.
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin seçki prosesində iştirakı asanlaşdırılıb. Bununla bağlı Prezident İlham Əliyev Seçki Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Belə ki, bundan sonra seçki prosesində iştirak edəcək yeni nəsil şəxsiyyət vəsiqə sahiblərinin məlumatlarında şəxsiyyəti təsdiq edən seriyası, nömrəsi və verilmə tarixi ilə yanaşı etibarlılıq müddəti də qeyd olunacaq.
Dövlət başçısı Bəşir Qüdrət oğlu Hacıyevin Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilməsi barədə sərəncam da imzalayıb.
Vüsalə Cənnətova
- Baxış: 416