• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1422
— 14.06.2024 19:01

"Son zəng"dən sonra ictimai təhlükəsizlik

KepezTV Player

“Son zəng” günü müşahidə edilən mənzərələrdən biri də yollarda sıxlığın artması ilə bağlıdır. Yəni məktəb tədbirləri yekunlaşdıqdan sonra məktəblilərin yollarda avtomobillərlə şütüyərək sevinclərini biruzə verməsidir. Bu, özünü günün əsasən pik saatlarında daha qabarıq büruzə verirdi. Daxili İşlər Nazirliyi valideynlərə çağırış edərək, sürücülük hüququ olmayan övladlarına avtomobil verməmələrini tövsiyə etmişdi. Məzunları ictimai davranış qaydalarına ciddi əməl etməyə çağırmışdı. Avtomobil yollarında hərəkətin təhlükəsizliyi, süni sıxlığın yaranmaması üçün DYP əməkdaşlarının qaydalara əməl etməyən şəxslər barəsində tədbirlər görəcəyi bildirilmişdi. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov “Son zəng” günü yollarda qeyd edilənlərə nə dərəcədə əməl edilib-edilmədiyi barədə məlumat verib. 

Fərid Mehdiyev