• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 961
— 10.06.2024 19:38

Gəncə Basketbol Liqası başa çatıb

KepezTV Player

Gəncə Basketbol Liqasına yekun vurulub. Ötən ilin sonunda start götürən yarışda 5 komanda iştirak edib. Müxtəlif idarə, müəssisə və təşkilatların komandalarının qüvvəsini sınadığı birinciliyin sonunda bütün rəqiblərini üstələyən “Telekom” kollektivi qalib adını qazanıb. Fəxri kürsüdə yer alan komandalardan mükafatçılar yekunda medal, diplom, 1-ci yerin sahibi isə həmçinin kubokla təltif edilib. Gəncə Basketbol Liqası ikinci ildir ki, təşkil edilir.

Pərvin Abbaszadə