Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Siyavuş İsmayılovun meyitinin qalıqları İmişlinin Şahverdili kəndində ailəsinə təhvil verilib. Şəhidlə vida mərasimi keçirilərək kənd qəbirstanlığında dəfn edilib. Siyavuş İsmayılov
1967-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Bala Məzrə kəndində dünyaya göz açıb. 1994-ci ilin yanvarında Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı Siyavuş İsmayılov şəhid olub və Beyləqanın Şəfəq qəsəbəsində naməlum şəhid kimi dəfn edilib.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Məhərrəm Əzizovun da meyitinin qalıqları Ağdamın Ergi kəndində ailəsinə təhvil verilib. 1993-cü ilin iyulunda Sarıcalı kəndində itkin düşən Məhərrəmin meyitinin qalıqları rayonun Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.
- Baxış: 232