KepezTV Player
Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır. Bunu Xarici işlər naziri Ceyhun Bayramov Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun üçüncü iclasında çıxışı zamanı deyib. Nazir Azərbaycanın tərəfdarı olduğu ikitərəfli və birbaşa sülh danışıqlarının ən effektiv və uğurlu xətt kimi özünü doğrultduğunu da vurğulayıb. Forumun yekunlarına dair qəbul olunmuş Doha Bəyannaməsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə yekunlaşdırılmasına dair çağırış edilib.
- Baxış: 205