Samuxlu məktəblilərin də "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Qəbələ, Şəki və Zaqatalaya ekskursiyası yekunlaşıb. 3 gün ərzində regionla tanış olan şagirdlər rayonun Heydər Əliyev adına parkında musiqi ilə qarşılanıb. Şagirdlər həmyaşıdları ilə səfər təəssüratlarını bölüşüblər. Samuxlu məktəblilər ekskursiya çərçivəsində bölgənin sosial-iqtisadi inkişafının şahidi olub, inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri və muzeylərə baş çəkiblər. Məktəblilərə eləcə də bölgənin adət-ənənələri, coğrafiyası, turizm obyektləri, tarixi-mədəni abidələri haqqında məlumat verilib. Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub. Məktəblilər kubok və sertifaklar əldə ediblər. Ekskursiya zamanı gözəl təbiət qoynunda istirahət edən, mənzərəli guşələrdə xatirə şəkilləri çəkdirən məktəblilər bölgədən xoş təəssüratlarla ayrılıblar. Qarşılanma mərasimi flaşmobla başa çatıb.
Natiq Hüseyn
- Baxış: 1203