• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1782
— 01.05.2017 10:21

Fərqli ölkələrin fərqli bədən ölçüləri

KepezTV Player

“Gözəllik ondursa, doqquzu dondur” prinsipini əsas götürüb saatlarca alış-veriş edən insanlar var. Hətta bunun üçün xaricə gedənlər də. Üz tutduqları ölkələrdə arzuladıqları geyimi tapsalar da, bəyənib seçim etməkdə çətinlik yaşayanlar da az deyil.

Alış-veriş zamanı, xüsusilə də onlayn formada geyim seçərkən qarşımıza müəyyən problemlər çıxır. Bu məsələlərin əsasında isə xaricdəki bədən ölçülərindən xəbərdar olmamağımız dayanır. Azərbaycanda, bir çox Avropa ölkəsində olduğu kimi, geyim ölçüləri 34-dən başlayıb 48-də bitir. Amma biz ingilis və ya yapon veb səhifələrində bədənimizə uyğun geyim seçərkən çətin ki, istədiyimizi tapaq. Çünki bu ölkələrdəki bədən ölçülərini göstərən yarlıqlar tamamilə fərqlidir. Məsələn, Yaponiyada geyimlərin ölçüləri 5-dən 23-dəkdir. Əgər siz 36 ölçülü paltar geyinirsinizsə, Yaponiya istehsallı geyimlərdə 7 yazılanı seçməli olacaqsınız. Kraliçanın ölkəsində isə bu siyahı 4-dən başlayaraq 20-yə kimi davam edir. Yox əgər siz Alexander Vanq-dan hər hansı bir geyim almaq istəsəniz, yenə də fərqli rəqəmlərlə qarşılaşacaqsınız.  Səbəbi isə ABŞ-dakı geyim ölçülərinin adət etdiklərimizndən fərqli olmasıdır. Burada ölçülər 2-dən 20-yə kimidir. Seçdiyiniz geyimin ölçüsü 2-dirsə, bu 36 ölçülü deməkdir.

Təkcə qadınlar deyil, kişilər də bu problemi yaşayırlar. Kişi geyimlərində ən kiçik ölçü vahidi İngiltərə və ABŞ-dadır - 28-dən başlayıb 40-da bitir.

Rəqəmlərdəki fərqliliklər təkcə paltarlarda deyil, ayaqqabılarda da mövcuddur. “Reebook”dan idman ayaqqabısı almaq istəyirsinizsə, təəcüblənəcəksiniz. Çünki ingilis brendinin ölçüləri tamamilə fərqlidir. Onlarda ən kiçik ayaqqabı ölçüsü 2, ən böyüyü isə 7 ilə göstərilir. Bu ardıcıllıq qadınlar üçün nəzərdə tutulub. Kişilərdə isə 2-dən başlayaraq 12-yə kimi davam edir.  ABŞ-da bu göstərici xanımlarda 5-10, kişilərdə 3-16 aralığında dəyişir. Yaponiya istehsalı olan ayaqqabılarda isə ölçülər 21-dən başlayıb 26-da yekunlaşır.