• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1569
— 06.04.2021 20:30

Rabitə qoşunları birgə təlimlərə başlayıb

KepezTV Player

Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb. Təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirirlər. Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçirilən təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunur.

Birgə əməliyyat-taktiki təlimləri keçiriləcək

Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin birgə illik planına əsasən aprelin 8-də hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə əməliyyat-taktiki təlimlərinə də start veriləcək. Ölkəmizdə təşkil olunacaq təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçiriləcək. Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.Təlimlər aprelin 9-na kimi davam edəcək.