Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər davam etdirilir. Nazirliyin rəhbər heyəti ümumqoşun təlim mərkəzlərində keçirilən komanda-qərargah təlimlərinin gedişatını izləyib. Manevrlərdə əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinə yönəlib. Eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsi diqqətdə saxlanılıb. Müdafiə Naziri Zakir Həsənov təlimin gedişatını müsbət qiymətləndirib. Döyüş hazırlığı tədbirlərinin müasir döyüş aparma üsulları nəzərə alınmaqla, daha keyfiyyətli keçirilməsi ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
- Baxış: 305