İşğaldan azad edilən ərazilərdə müxtəlif iqtisadi layihələr həyata keçirilir və Başqırdıstanın iş adamları tenderlərdə iştirak edə bilərlər. Azərbaycan-Başqırdıstan Biznes Forumunda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, iki tərəf arasında əlaqələrin inkişafında perspektivlər var. Başqırdıstan kənd təsərrüfatı naziri İlşat Fazrahmanov isə ölkəsində istehsal olunmayan məhsulları Azərbaycandan idxal etmək istədiklərini qeyd edib.
Orxan Məmmədov- KOBİA-nın İdarə Heyətinin sədri: "Biz Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi, Rusiya Ticarət və Sənaye Palatası ilə fəal əməkdaşlıq edirik. Bu əməkdaşlığın məqsədi sahibkarların biznes təşəbbüslərini təşviq etmək, işgüzar əməkdaşlıq üçün əlverişli şərait yaratmaq və lazımi koordinasiyanı təmin etməkdir. Başqırdıstan iş adamları işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərində iştirak edə bilərlər".
- Baxış: 135